İrəvanda aksiya: 86 nəfər saxlanıldı, 55-i isə... 

İrəvanda vəziyyət kəskinləşir.

Axar.az xəbər verir ki, etirazçılarla polis qüvvələri arasında toqquşmalar başlayıb.

Parlamentin binası yaxınlığında polis səs bombalarından istifadə edir.

***

Polislə qarşıdurma zamanı 49 nəfər saxlanılıb.

Bu barədə Ermənistan Polisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinə əsasən, polisin qanuni tələbinə tabe olmadıqları üçün saxlanılıblar.

***

İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 vətəndaş saxlanılıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.