Mikayıl Cabbarov diplomatları təbrik etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik xidmətlərin yaranmasının 105-ci ili münasibətilə diplomatları təbrik edib.

”Sherg.az” xəbər verir ki, bu barədə nazir "X" səhifəsində paylaşım edib.

"Bütün diplomatlarımıza bugünkü peşə bayramı münasibətilə təbriklərimizi çatdırırıq. Beynəlxalq tərəfdaşlarla əlaqələrimizin gücləndirilməsində fəal mövqeyiniz xüsusi əhəmiyyət kəsb edir. "Ölkəmizi layiqincə təmsil etdiyiniz üçün hər birinizə təşəkkür edirik!" - paylaşımda qeyd olunub.