Azər Həsrət istefa verir: "Bir-iki yerdən hörmətlə ayrılacağam"

Azər Həsrət istefa anonsu verib.

Sherg.az xəbər verir ki, bu barədə, o, öz feysbuk hesabında paylaşım edib.
Azər Həsrət haradan istefa verəcəyini deməsə də belə yazıb:
"Hə, dostlar. Bilirsiniz də, mənim istefa vermə xasiyyətim və mədəniyyətim var axı. Yaxından izləyənlər bunu bilir, görüblər. Özü də hörmətlə-izzətlə gedirəm getdiyim yerdən. Belə edirəm ki, gənclərə - yeni nəsilə yol açım. Yəqin ki, bu payızda da bənzər istefalarım olacaq. Bir-iki yerdən hörmətlə ayrılacağam. Maraqlı olacaq məncə".