İlham Əliyev: Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini gələcəkdə də davam etdirəcək

Azərbaycan kiçik ada dövlətlərinə Qoşulmama Hərəkatının sədri kimi dəstək verib və COP29-un sədri olaraq öz dəstəyini verir. Biz öz dəstəyimizi gələcəkdə də davam etdirəcəyik.
Sherg.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışında deyib.