
Həqiqətən sülh üçün yaxşı şərait formalaşıb - Parlamentari
Yusif Nəzərli
10:43 31.03.2025
Aktual
425
"Ermənistan ənənəvi selektiv diplomatiyasını davam etdirir. Bir tərəfdən uca səslə, yüksək səslə sülhdən danışır, başqa bir tərəfdən atəşkəsi pozur, şərti sərhəddə mövqelərimizi atəşə tutur".
Bu barədə "Sherg.az"a açıqlamsında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bu, nəticə etibarı ilə Ermənistanın sülh istəməməsi ilə bağlıdır. Baxmayaraq ki, sülh sazişinin sonuncu iki bəndi də razılaşdırılıb. Dünyanın bir çox ölkələri Ermənistana, Azərbaycana təbrik məktubları göndərdilər. Amma Azərbaycan xalqının bir atalar sözü var - "halva halva deməklə ağız şirin olmaz". "Sülh sazişi, sülh sazişi" deməklə də real sülhü əldə etmək olmur. Sülh üçün real addımlar atmaq lazımdır. Reallıqda Ermənistanın hansı addımları atdığı bəllidir. Əvvəlcədən təxmin etdiyimiz kimi bütün bəndlər razılaşdırılsa da, hətta sülhlə bağlı çərçivə sazişi imzalansa da, bu o vaxta qədər keçərli olacaq ki, Ermənistan özünü Azərbaycan qarşısında üstün mövqedə görə bilsin. O halda dərhal sülh sənədi kağız parçasına çevrilsin. Ermənistanla sülh müqaviləsi bağlanıla bilər, hətta kommunikasiyalar da açıla bilər. Amma nəticə etibarı ilə hər kəs əmin olsun ki, Ermənistan Azərbaycandan bir kv.m. ərazini bizdən qopara və əlində saxlaya biləcəyini düşünsə, dərhal Azərbaycana qarşı hücuma keçəcək. Biz erməni milli psixologiyasını, erməni xarakterini çox dərindən bilirik. 30 illik dövrdə də bunu sıfırdan əzbərlədik. Ermənistan özünü dünyaya "sülhpərvər" kimi göstərir, əməldə isə başqa cür davranır və Bakını sülhü istəməməkdə suçlayır".
Parlament üzvü vurğulayıb ki, halbuki, həqiqətən sülh üçün yaxşı şərait formalaşıb:
"Başa düşürük ki, Konstitusiya dəyişikliyi ilə bağlı bir qədər vaxta ehtiyac var. Amma həqiqi sülh istəkləri varsa, Aİ-nin "missiyası"nın fəaliyyətini məhdudlaşdıra bilər. Anlayırıq ki, Aİ missiyasını çıxarmaq çətin olacaq, amma müəyyən addımlar atmaq mümkündür. Ancaq biz görürük ki, Aİ missiyası fəaliyyət dairəsini genişləndirir, bütün şərti sərhədboyu yayılır. Bir ucu Arazdəyənə kimi gedib çıxır. Naxçıvandan Gürcüstan sərhədi boyu davam edir. Min kilometr ərazimiz boyu Aİ missiyasının nümayəndələri gedib-gəlirlər. Bunu məhdudlaşdırmaq Ermənistanın əlindədir. Həqiqətən sülh istəyirsə, bunu edə bilər. Həmçinin, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı üzərinə düşəni edə bilər. Referenduma qədər bu istiqamətlərdə addımlar ata bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur
İran Hörmüz boğazının açılması ilə bağlı şərtlərini ABŞ-a çatdırıb
20:33 11.08.2026
Dünya
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi
20:18 11.08.2026
Hadisə
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub
20:00 11.08.2026
Rəsmi