Trampın siyasəti heç vaxt dəyişməyəcək: “Zəngin olmaq üçün əla vaxtdır”

Sərmayəçilərə siyasətlərinin heç vaxt dəyişməyəcəyini söyləyən Prezident Tramp, “Zəngin olmaq üçün əla vaxtdır, həmişəkindən daha zəngin” deyib.
Sherg.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-a gələn və Truth sosial media hesabına külli miqdarda pul yatıran investorlara müraciət edib.

"Mənim siyasətim heç vaxt dəyişməyəcək. Zəngin olmaq üçün əla vaxtdır, hər zamankindən daha zəngin", - Tramp deyib.

Açıqladığı taariflərin ölkədə investisiya və istehsalı artıracağını müdafiə edən Tramp, dünənki açıqlamasında, taariflərdən qaçmaq üçün ABŞ-da istehsalla məşğul olan şirkətlərdən ölkəyə “trilyonlarla dollar sərmayə” gələcəyini bildirib.

ABŞ-da artıq bir çox istehsal müəssisələrinin tikildiyini və indi çoxlu tikinti işlərinin aparılacağını qeyd edən Tramp tariflərin “ABŞ-ı çox zənginləşdirəcəyini” bildirib.