28 Aprel işğalının bir səhifəlik qəzeti-Akif Aşırlı yazır
Yusif Nəzərli
06:50 27.04.2025
Tarix
1067
“28 aprel işğalından sonra "Azərbaycan"ı əvəz edən bir səhifəlik qəzet, "Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin Əxbarı"nın ilk sayı 28 nisan (aprel) 1920 -ci ildə çıxıb”.
Sherg.az xəbər verir ki, bu barədə Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı öz sosial media hesabında yazıb.
Doktor qeyd edib ki, qəzetin qiyməti 5 qəpik olub:
“"Hamıya, hamıya, hamıya " müraciətində Müstəqil Azərbaycan Şura Cümhuriyyətinin Hərbi İnqilab Komitəsinin Müsavat hökümətini yıxdığını elan edir, hakimiyyəti ələ keçirdiklərini bildirir, müvəqqəti hökümət üzvlərinin adlarını sadalayırdı. Baş məqalə olaraq Ağababa Yusifzadənin "Bir qətrə qanımız” “Türkiyə Kommunist Firqəsinin təbriki”, “Cümhuriyyət parlamentinin son iclası”, "Qırmızı Azərbaycan aləmi-islam" yazılar verilib. Vərəqin məsul redaktoru məhşur bolşevik yazar Ağababa Yusifzadə idi.
Vərəqədəki kiçik xəbərlərdə Bakıda həbslərin başlandığı barədə məlumatlar qeyd olunub. Cümhuriyyət generalı Telexasın, sabiq şəhər polisi rəisi Xudiyevin, xəfiyyə polisi rəisi (Milli təhlükəsizlik naziri) Şeyxzamanovun, nazirlərdən Məlikaslanovun, baş nazir Nəsib bəy Yusifbəylinin həbs olunması xəbər verilirdi. Bu məlumatlarda qeyd olunurdu ki, sabiq hökümət üzvləri Bakını ailələri ilə tərk edən zaman üzərlərində guya, küllü miqdarda pul olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət