Qurban Qurbanov "Barselona" səfərindən danışdı
Yusif Nəzərli
17:58 24.05.2025
İdman
528
"Orada bir neçə gün oldum. Demək olar ki, bütün yaş qruplarının, o cümlədən, əsas komandanın məşqlərində iştirak etdim. Çox yaxşı səfər alındı".
Sherg.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın "Barselona" klubunun düşərgəsinə etdiyi səfər barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin rəsmiləri ilə, həmçinin baş məşqçi Hans-Diter Fliklə söhbət və diskussiyalarının olduğunu bildirib: "Onlarla çox da geniş danışa bilmədik. Çünki çox böyük, çox ciddi klubdur, onların bu anda, bu günlərdə mənim üçün vaxt ayırmaları heç də asan deyildi. Məşqlərində asanlıqla iştirak etmək olmur, öz prinsipləri var".
Qurbanov "Barselona" düşərgəsinə 2012-ci ildə etdiyi səfərlə indikini də müqayisə edib: "Pep Qvardiolanın vaxtında komandada ulduzlar daha çox idi. Amma o vaxtlar da heyətdə yerli akademiya uşaqları çox idi, "Barselona"nın ən yaxşı vaxtları idi. Bu gün də öz akademiyalarının futbolçuları çoxdur, yaşlarını da bilirsiniz. Çox gənc komandadır, bir neçə təcrübəli futbolçuları var".
Qurbanov səfərin əhəmiyyətindən də danışıb: "Ora getmək mənim üçün çox vacib idi. Bir daha əmin oldum ki, futbolçuların ustalıqları ilə yanaşı, komandada sistemi qoruyub saxlamaq çox vacibdir. Sadəcə, əsas məsələ icraçıların bu sistemi nə dərəcədə sevmələri və çox sadə formada yerinə yetirmələridir. Şərt deyil ki, komandada ad-sanlı futbolçu olsun. O gəldisə, işlərim düzələcək deyə bir şey yoxdur. Tam əksi ola bilər. Sadə, sıravi bir oyunçu o sistemi elə gözəl yerinə yetirər ki, oyun sənin üçün daha faydalı alınar".
Baş məşqçi "Barselona"dan çox şey götürdüyünü açıqlayıb: "Ümumiyyətlə, belə görüşlər, belə səfərlər həm çox böyük təcrübə, həm də böyük inam, güvən verir. Bəzən düşündüyün və istədiyin elementləri belə böyük klubda görəndə daha inamlı olur və futbolçularına çatdırırsan. Nəticədə iş rejimin daha da çoxalır və işin daha keyfiyyətli olur. Bu cür maraqlı görüş alındı. Sağ olsunlar ki, bu cür qəbul etdilər və çox faydalı səfər oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm