Məşhur heykəldən cəsəd çıxdı: “Ən hündür qadın” meyiti gizlədirmiş
Yusif Nəzərli
08:23 25.05.2025
Maraqlı
728
İkinci Dünya müharibəsi, başqa adla “Böyük Vətən müharibəsi”ndə faşizm üzərində qələbənin rəmzlərindən biri hesab edilən “Vətən çağırır” abidəsi qəribə hadisənin başvermə məkanına çevrilib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Volqoqradda ucaldılmış bu abidə vaxtilə sovetlər məkanında çox məşhur idi. "Vətən çağırır" adlanan 85 metrlik heykəl həm də Volqoqrad şəhərinin simvollarından biridir. Bu günlərdə isə yaşlı bir kişinin cansız bədəni bu abidənin başından götürülüb. Rusiya İstintaq Komitəsi Volqoqradda 85 metrlik heykəlin başından meyitin çıxarıldığını açıqlayıb. 1925-ci ildən 1961-ci ilə qədər Stalinqrad kimi tanınan Volqaqrad İkinci Dünya müharibəsinin ən qanlı və ən mühüm döyüşlərindən birinə şahidlik edib. Memar Yevgeni Vuçetiçin "Vətən çağırır" adlanan heykəli 1967-ci ildə şəhərin müdafiəçilərinin xatirəsinə ucaldılıb və dünyanın ən hündür qadın heykəli olaraq qalır. Rusiya İstintaq Komitəsi heykəlin içərisində turist kimi təsvir etdikləri şəxsin ölümü ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Daha sonra yerli mənbə onun Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının direktoru Nikolay Çesnokov olduğunu açıqlayıb. Yerli xəbər saytı V1.ru onun heykəli gəzərkən özünü pis hiss etdiyini və tibb işçiləri ona çatana qədər dünyasını dəyişdiyini bildirib. Daha sonra akademiya öz saytında Çesnokovun 68 yaşında dünyasını dəyişdiyini açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm