ABŞ-li siyasətçi Quranı yandırdı, ETİRAZLAR BAŞLADI
12:38 26.08.2025
Gündəm
414
Onun nifrət dolu ifadələri sosial mediada etirazlara səbəb olub
ABŞ-də Respublikaçı namizəd Valentina Qomezin alovatanla Quran yandırdığı video böyük etirazlara səbəb olub. İslama hədəflənmiş nifrət ifadələri sosial mediada “açıq İslamofobiya və nifrət cinayəti” kimi qınanıb.
Sherg.az xəbər verir ki, ABŞ-li Respublikaçı siyasətçi Valentina Qomez, əlindəki alovatanla Quran yandırdığı bir video yayımlayıb.
Seçki kampaniyası çərçivəsində sosial şəbəkələrdə paylaşdığı görüntülərdə Qomez, “İslamı tezliklə dayandırmaq lazımdır” iddiasını irəli sürüb. Nifrət dolu ifadələrini bir-bir səsləndirən Qomez, “Müsəlmanlar 57 müsəlman ölkəsindən birinə rədd olub gedə bilərlər. Tanrının köməyi ilə Texasda İslama son verəcəyəm” deyib.
Videoda Qomez, “Yeganə həqiqi Tanrı var, o da İsrailin Tanrısıdır” deyərək Quranı yandırmağa davam edib. Sonda isə yandırılmış Quranın yanında şəkil çəkdirərək videoya son verib.
Videoda səsləndirdiyi nifrət dolu sözlər ifrat sağ qruplar tərəfindən dəstəklənsə də, sosial mediada geniş kəsimlərdən sərt reaksiya alıb.
İstifadəçilər Qomezin açıqlamalarını açıq İslamofobiya və nifrət cinayəti kimi qiymətləndiriblər.
Bu çıxış, təkcə miqrant əleyhinə kampaniya dili deyil, həm də bir dini tamamilə qadağan etməyi müdafiə edən radikal nifrət ritorikası kimi qınanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual
Tiktokda canlı yayım açan müəllim işdən çıxarıldı
15:14 26.10.2026
Elm və Təhsil
Qızıl fondlarına investisiyalar rekord həddə çatdı
14:46 26.10.2026
İqtisadiyyat