Putinin gözlərini qan örtüb: “Avropa hərbçiləri hədəfimiz olacaq”
09:40 05.09.2025
Gündəm
325
Rusiya Prezidenti Vladimir Putin Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumu (ŞİF) baş iclasında mühüm açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Putin hökumətə noyabr ayına qədər nadir torpaq metalları ilə bağlı inkişaf proqramı təqdim etməyi tapşırıb. Rusiya dünyanın beşinci ən böyük nadir torpaq metal ehtiyatına sahibdir. Bu metallardan lazer və hərbi avadanlıqlarda istifadə olunur. Moskva, Çindən edilən idxaldan asılılığı azaltmaq üçün istehsalı artırma planlarını açıqlayıb.
Putin, ABŞ-la Alyaskada əməkdaşlığa hazır olduqlarını deyib, lakin iqtisadi əlaqələri bərpa etmək üçün Vaşinqtonun siyasi qərar verməsinin vacibliyini vurğulayıb. O, ABŞ-ın Alyaskada mühüm resurs potensialı olduğunu, Rusiyanın isə neft və təbii qaz hasilatı üçün effektiv texnologiyalara sahib olduğunu qeyd edib.
Rus lider Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələrində də sərt mesajlar verib. Trampla hələ danışmadıqlarını, amma açıq dialoqlarının olduğunu söyləyən Putin, Avropanın Ukraynaya əsgər yerləşdirmə planına belə cavab verib:
“Biz həmin qüvvələrin qanuni hücum hədəfi olacağını hesab edirik. Əgər sülh sazişi olsa, bu yerləşdirmənin heç bir məntiqi olmaz.”
Dünən Parisdə Avropa liderlərinin toplantısında çıxış edən Fransa Prezidenti Emmanuel Makron, 26 ölkənin Ukraynaya müharibə sonrası təhlükəsizlik təmin edəcəyini, beynəlxalq hərbi qüvvələrin də buna daxil olacağını bəyan etmişdi.
Putin, Rusiyanın Ukrayna ilə bağlı razılaşmalara əməl edəcəyini bildirərək deyib:
“Kiyevin əlaqə yaratmaq istədiyini görürük, mən də buna hazıram, amma bunun böyük əhəmiyyət daşıdığını düşünmürəm. Bunun üçün ən yaxşı yer Moskva ola bilər. Ukrayna ilə ərazilərlə bağlı mümkün razılaşma üçün isə hüquqi maneələr mövcuddur.”
Putin, Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyünün qanuni haqqı olduğunu, lakin NATO üzvlüyünün Rusiya tərəfindən qətiyyən qəbul edilməyəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm