Dabaq xəstəliyi genişlənir: Deputatdan hökumətə sərt çağırış
13:46 24.10.2025
Gündəm
534
Milli Məclisdə dabaq xəstəliyi ilə bağlı məsələ də müzakirə edilib. Millət vəkili Müşfiq Cəfərov deyib ki, kənd təsərrüfatı ölkəmizin iqtisadi təhlükəsizliyinin, ərzaq təminatının və regionların sosial rifahının mühüm dayaqlarından biridir. Deputat bildirib ki, bu sahənin davamlı inkişafı, eyni zamanda heyvan sağlamlığının qorunması və biotəhlükəsizlik tədbirlərinin səmərəli icrası ilə birbaşa bağlıdır:
"Son günlər kəndlərdə dabaq xəstəliyinin yayılması ilə bağlı ciddi narahatlıq müşahidə olunur. Sosial şəbəkələrdə də fermerlərin və heyvandarlıqla məşğul olan vətəndaşların bu məsələ ilə bağlı paylaşmaları, çağırışları artır. Bu, həm cəmiyyətin məsuliyyət hissəsinin göstəricisidir, həm də dövlət qurumlarından daha çevik və şəffaf fəaliyyət tələb edir. Dabaq xəstəliyi kənd təsərrüfatı heyvanlarının yüksək yoluxucu və təhlükəli virus xəstəliyidir. O, heyvandarlığın məhsuldarlığını azaldır, iqtisadi itkilərə səbəb olur və ixrac potensialına mənfi təsir göstərir. Bu səbəbdən, dabaq xəstəliyinə qarşı profilaktika dövlət səviyyəsində prioritet məsələ kimi dəyərləndirilməlidir. Ən vacib addım mütəmadi vaksinasiya və peyvəndləmə işlərinin fasiləsiz aparılmasıdır. Riskli ərazilərdə bütün sağlam heyvanlar dövri şəkildə peyvəndlənməli, vaksin təminatı vaxtında və tam həcmdə həyata keçirilməlidir. Eyni zamanda, biotəhlükəsizlik tədbirləri, karantin, sanitariya və dezinfeksiya prosesləri bütün təsərrüfatlarda sistemli şəkildə aparılmalıdır. Yeni gətirilən heyvanların karantində saxlanılması, yoluxma riskinin minimuma endirilməsi vacibdir".
Parlament üzvü əlavə edib ki, erkən xəbərdarlıq və nəzarət mexanizmləri də gücləndirilməlidir:
"Fermerlərdə müşahidə olunan simptomlar, qızdırma, ağız və dırnaq ətrafında yaranan aftalar, iştahsızlıq dərhal baytarlıq xidmətlərinə bildirilməli, diaqnostika və təcrid prosesi operativ həyata keçirilməlidir. Qeyd etmək lazımdır ki, dabaq nadir hallarda insana keçə bilər. Bu, adətən çiy və ya pasterizə olunmamış süd və ət məhsullarının qəbulu zamanı mümkündür. Bu baxımdan, həm əhalinin maarifləndirilməsi, həm də qida təhlükəsizliyinə nəzarət tədbirləri gücləndirilməlidir. Dabaq xəstəliyinə qarşı mübarizə və profilaktika tədbirlərinə Aqrar Xidmətlər Agentliyi (AXA) və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsuldur. Bu qurumlar arasında koordinasiya daha da gücləndirilməli, regionlarda mobil baytarlıq xidmətlərinin maddi-texniki bazası genişləndirilməlidir. Bu məsələ təkcə baytarlıq xidməti deyil, həm də ərzaq təhlükəsizliyi və kənd əhalisinin sosial rifahı məsələsidir. Biz Milli Məclisdə bu çağırışlara biganə qalmamalı, dövlət nəzarətinin, maarifləndirmə işlərinin və şəffaf məlumatlandırmanın artırılması istiqamətində birgə səylər göstərməliyik”.
Məsələ ilə bağlı spiker Milli Məclisin Aqrar siyasət komitəsinin sədrinə müvafiq tapşırıqlar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salman İshaqi: ABŞ tezliklə İranın gizli nüvə obyektini vuracaq
14:09 20.10.2026
Dünya
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya