Ermənistan məhkəməsi qərar çıxardı : Koçaryan həbs olunur




Ermənistan məhkəməsi bu ölkənin sabiq prezidenti Robert Koçaryanın həbsinə əmr verib.

«Sherg.az » «lefigaro.fr »ə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, R.Koçaryan müvəqqəti olaraq sərbəst buraxılsa da, bu gün Ermənistan məhkəməsi onun qəbsinə qərar verib.

Qeyd edək R.Koçaryanın 64 yaşı var. O 1998-ci ildən 2008-ci ilə qədər Ermənistanda prezident vəzifəsini icra edib. Ondan sonra hakimiyyətə Serj Sarskiyan gəlib. S.Sarkisyan da kütləvi aksiyalar yolu ilə devrilib. 

Hazırda işğalçı ölkənin başına Nikol Paşinyan keçib. Paşinyan hökuməti R.Koçaryanı külli miqdarda yeyintidə və qanunların, isan hüquq və azadlıqlarının kobud şəkildə pozmaqda ittiham edir.

Tərcümə etdi : Ayyət Əhməd