Almaniya kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Almaniya Kansleri Fridrix Merts ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqeaf xəbər verir ki, liderlər Ukraynada müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Almaniya Kansleri Konqres tərəfindən Qrehem sanksiyalar qanununun qəbul edilməsini yüksək qiymətləndirib.

Söhbət zamanı Hörmüz boğazı və Qırmızı dənizdəki vəziyyət də müzakirə olunub. Tərəflər hər iki su yolunun qısa müddətdə açılmasının zəruriliyini vurğulayıblar.