CHP lideri Özgür Özəl Qurban bayramının dördüncü günü Anıtqəbiri ziyarət edərkən qısa müddətli gərginlik yaşanıb.
Sherg.az xəbər verir ki, məlumata görə, Özəlin Anıtkabir məqbərəsinə qoyduğu əklilin üzərinə “CHP Başqanı Özgür Özəl” yazısı əlavə edilib. Anıtqəbirdə xidmət edən hərbçilər qaydalara uyğun olmadığı üçün yazının götürülməsinə müdaxilə ediblər.
Hadisə Türkiyə gündəmində müzakirələrə səbəb olub. Keçmiş dövlət naziri Mehmet Sevigen Özgür Özəli tənqid edərək, Anıtqəbirdə şəxsi adın deyil, partiyanın institusional kimliyinin ön planda olmalı olduğunu bildirib. O, CHP-dən heç kimin böyük olmadığını vurğulayıb.