
Atəşkəs pozuldu: Qazaxdan Naxçıvana qədər bufer zona yaradılmalıdır -ŞƏRH
10:42 23.02.2024
Gündəm
464
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Nazirlikdən verilən məlumata görə, İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.
"Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik", - Azərbaycan Müdafiə Nazirliyindən qeyd olunub.
Növbəti təxribatı barədə “Sherg.az”a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistan heç zaman müstəqil dövlət olmayıb:
“Bu tarixin bütün dövrlərində belə davam edib. Ümumiyyətlə Ermənistan 1918-ci ildə Azərbaycan torpaqlarında suni şəkildə yaranan bir dövlətdir. Onlar hər zamanAmerika, Fransa, İran və müxtəlif dövlətlər tərəfindən idarə edilib. Həmin ölkələr isə bölgədə sülh olmasını istəmir. Çünki hər birinin öz məqsədləri mövcuddur. Bu maraqları isə Ermənistan vasitəsilə həyata keçirməyə çalışırlar. Real vəziyyətdə sülhü Azərbaycandan daha çox Ermənistan istəməlidir. Çünki ordusu darmadağın edilib və yaxın 10 il ərzində bunun bərpası mümkün deyil. Azərbaycan işğaldan azad olunmuş ərazilərdən Ermənistanı ordusunu çıxarmağa məcbur edib. Eyni zamanda Ermənistanın iqtisadiyatı çökmüş durumdadır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının ( BMT) dörd qətnaməsini 44 günlük Vətən müharibəsində yerinə yetirdi. 10 noyabr bəyanatını isə lokal xarakterli antiterror əməliyyatı nəticəsində icra etdi”.

Ekspert söyləyib ki, Ermənistanı biz sülhə məcbur edəcəyik:
“Qazaxdan Naxçıvana qədər tarixi Azərbaycan torpaqlarında bufer zona yaratmalıyıq ki, torpaqlarımız atəşə tutulmasın. Ermənistan ağlını başına yığıb Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti qurmasa, bölgədə mövcudluğu sual altına düşəcək. Ermənistanın baş naziri səhər hökümətin iclasında bir söz, gunorta parlamentin toplantısında başqa söz deyir, axşam ictimaiyyətlə görüşdə isə tamamilə fərqli mövqe sərgiləyir. Nikol Paşinyanın fikirlərinə qulaq asan zaman sülh istədiyini düşünürük, amma reallıqda bununla bağlı doğru addımlar atmır. Hər dəfə isə bunu Ermənistandakı “Beşinci kolon”un üzərinə atır. Ermənistan hakimiyyəti möcüzələr sayəsində mövcud vəziyyətin onların xeyrinə dəyişəcəyini gözləyir. Amma zaman keçdikcə Azərbaycan daha çox güclənəcək. Ermənistandan isə kütləvi şəkildə əhalinin köçü baş verəcək. Beləliklə Ermənistanın nə əhalisi artacaq, nə də ordusu güclənəcək. Ona görə də Ermənistan Azərbaycanın şərtlərini nə qədər tez qəbul etsə, onlar üçün bir o qədər yaxşıdır. Əgər müharibə olmasa idi, Ermənistan bütün regional layihələri Azərbaycanla birlikdə aparardı. Yəni Ermənistan özünü hər şeydən məhrum etdi. İndi də belə davam etsələr, 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra köçürüldükləri Cənubi Qafqazdan getməli olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm