Azərbaycan Könüllüləri üçün Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib
Azərbaycan Könüllüləri üçün Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib
12:28 02.02.2024
Gündəm
401
27 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsis edilən 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar AKTİ-nin təşkilatçılığı ilə müxtəlif tədbirlər baş tutub.
Sherg.az xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Könüllüləri “Azərterminalkompleks” Birliyində yaradılan Heydər Əliyev guşəsinə və Gömrük Tarix Muzeyinə, Dövlət Gömrük Komitəsinin Akademiyasına və Komitənin "Kinoloji Mərkəzi"nə ekskursiya edib. Ekskursiya iştirakçıları "Azərterminalkompleks" Birliyində yaradılan Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto şəkillərin və eksponatların yer aldığı guşə ilə tanış olublar. Ardınca könüllülər Gömrük Tarixi Muzeyi və “Gömrükçü klub”una baş çəkiblər. "Azərterminalkompleks" Birliyində olarkən gənclərə Vətən Müharibəsində qəhrəmancasına şəhid olan gömrük əməkdaşı Ülvi Hacıyevin şərəfli döyüş yolundan bəhs edilib və gənclər gömrükçü şəhidin büstü ilə tanış olub.Son olaraq Kinoloji Mərkəzə ekskursiya zamanı Azərbaycan Könüllüləri Mərkəzin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirləri çərçivəsində xidmətindən istifadə olunan itlərin yetişdirilməsi qaydaları ilə bağlı məlumat əldə ediblər.
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə “Könüllülər birliyi” adlı layihə baş tutub. Azərbaycan Könüllüləri “Könüllü DOST”-larla birlikdə DOST Mərkəzinə müraciət edən vətəndaşların qarşılanmasında, xidmət pəncərələrinə yönləndirilməsində, rəy sorğularının keçirilməsində iştirak edib. Daha sonra Azərbaycan Könüllüləri təşəkkürnamələr və simvolik hədiyyələrlə təltif olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə