"Azərbaycanda partiya üzvlərinin çoxunun yaşı 60-dan yuxarıdır" - Tural Abbaslı
14:41 19.01.2022
Gündəm
693
“Parlamentə də qazan, kartof, qatıq satanlar cəmləşib, danışdıqlarının məsuliyyətini dərk etmirlər"
Siyasi partiyalar dövlətin demokratik baxışlarının təzahürüdür. Ümumilli dəyərləri özlərində cəmləşdirən, vətəndaşın siyasi sferada rolunu təmin edən ən vacib qurumlardandır. Ölkədə 56 partiya fəaliyyət göstərir. Çoxusu işlərini görə bilmir. Həmçinin gənc kadrlara ya çox az yer verilir, ya da heç verilmir.
Niyə partiyaların çoxu fəaliyyətsiz görünür, səbəblər nədir?
Sualımızı cavablandıran AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a deyib ki, partiyalarla bağlı problem qlobaldır və bu hərtərəfli analiz olunmalıdır:
“Təəssüf ki, problemin gələcəkdə nə kimi fəsadlar yaradacağını da düşünə bilmirik. Partiya sisteminin sıradan çıxması, gənclərin siyasi fəaliyyətə maraq göstərməməsi, təşkilatların zəifləməsi, bir çoxunun defakto ləğv olunması, dövlətin ictimai-siyasi həyatında rol oynamaması təhlükəsizlik məsələsidir. Partiya üzvlərinin çoxunun yaşı altmışdan yuxarıdır. 10 il sonra bu insanlar normal fəaliyyət göstərə bilməyəcəklər. Gənc kadrlara mütləq şərait yaradılmalıdır.
Tural Abbaslı partiya sisteminin xüsusi bir məktəb olduğunu vurğulayıb:
“Bəs, dövlətin bu qədər postları, bu qədər siyasi vəzifələri, kimlərə veriləcək? Heç bir tədqiqatçılığı olmayan, idarəçilikdə formalaşmayan insanlaramı həvalə olunacaq? Ona görə də, partiyalara təkcə siyasi rəqabət prizmasından baxılmamalıdır. Həm də dövlətin təhlükəsizliyi məsələsini təmin edən, milli kadrları yetişdirən bir məktəb kimi baxmaq lazımdır. Mətbuat yaranandan jurnalistikanın hər sahəsi üçün məktəb formalaşdırılıb. Lakin siyasi partiyalarla bağlı biz belə bir vəziyyəti görə bilmirik. Bu da problemlər yaradır”.
Partiya sədri parlamentdə fərqli insanların olduğunu qeyd edib:
“Parlamentin tərkibində qazan, kartof, qatıq və s. satanlar cəmləşib. Danışdıqlarının da məsuliyyətini dərk etmirlər. Deputatın biri siyasətə qarışmadığını deyir, biri çörəyin qiymətinin qalxmasını dilə gətirmir. Bunların qarşısını almaq üçün dövlət xüsusi proqram qəbul etməlidir. Partiyalar arasında qanun real siyasi şəraitə uyğunlaşdırılmalıdır. Kəmiyyət və keyfiyyət fərqinə fikir verilməlidir. Şərtlər müəyyən olunmalıdır. Ola bilsin, həmin şərtlər sərt olsun. Hansı partiya bunlara düzgün əməl edərsə, fəaliyyəti üçün dövlət tərəfindən bütün şərait yaradılmalıdır”.
Tural Abbaslı fəsadlardan da söz açıb:
“Öz partiyalarına sahib çıxmayan dövlətin partiyalarına sahiblənəcək dövlətlər tapılacaq. Sözümü nəyə gətirirəm, Azərbaycan İslam Partiyasının 2 rəhbəri vətənə xəyanətə görə həbsdədir. Digər partiya sədri başqa bir dövlətə xidmət edir. Ona görə dövlətin partiyalara yanaşma tərzi mütləq dəyişməlidir”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm