BDU-da “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfrans keçirilib
08:09 15.05.2025
Gündəm
724
Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli sərəncamına əsasən, 15 may 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Sherg.az xəbər verir ki, tədbir BDU və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əvvəlində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev “Əkinçi” qəzetinin Azərbaycan ictimai-siyasi fikrinin və milli jurnalistikanın inkişafına verdiyi tarixi töhfələrdən danışdı. O, çıxışında Prezident İlham Əliyevin medianın inkişafına göstərdiyi diqqəti, habelə Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə senzuranın ləğvi ilə bağlı verdiyi fərmanın ölkədə söz və informasiya azadlığının bərqərar olmasında əhəmiyyətli rol oynadığını vurğuladı. Rektor həmçinin, BDU-nun media sahəsindəki təhsil və kadr hazırlığı fəaliyyətindən bəhs edərək, rəqəmsallaşma dövrünün jurnalistlərinin hazırlanmasının universitet üçün prioritet olduğunu bildirdi.
Üsküdar Universitetinin rektoru professor Nazife Güngör çıxışında konfransın həm də onlayn formatda keçirildiyini diqqətə çatdırdı. O, jurnalistikanın dövlətin güclənməsində və cəmiyyətin inkişafında oynadığı rolu vurğuladı, gənc jurnalistlərin keyfiyyətli təhsil almalarının vacibliyini qeyd etdi. Eləcə də Atatürkün də mətbuata verdiyi töhfələrdən bəhs etdi.
Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafında misilsiz xidmətlərini xatırladaraq, rəqəmsal dövrdə medianın yeni trendlərlə qarşılaşmasına baxmayaraq, sözün gücünün önəmini bir daha vurğuladı. O, Şuşanın milli mətbuatın mərkəzinə çevrilməkdə olduğunu da diqqətə çatdırdı.
AzTV-nin sədri Rövşən Məmmədov, Milli Məclisin deputatı və Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Rəhimzadə, tanınmış jurnalist Mirşahin Ağayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, BDU-nun Milli Mətbuat kafedrasının müdiri Cahangir Məmmədli çıxış edərək rəqəmsallaşma, jurnalistikanın gələcəyi və təhsil məsələləri ilə bağlı fikirlərini bölüşdülər.
Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, "Media Problemləri" jurnalının redaktoru Qulu Məhərrəmli də öz növbəsində rəqəmsallaşma məsələsinə toxunaraq, redaktoru olduğu jurnaldan bəhs etdi.
Konfransın davamında BDU-nun Mədəniyyət və Yaradıcılıq Mərkəzinin təqdim etdiyi bədii proqram nümayiş etdirildi.
Qeyd edək ki, beynəlxalq konfrans 16 may 2025-ci il tarixinədək davam edəcək. Konfransda bir sıra xarici universitetlərin alimləri və media mütəxəssisləri iştirak edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm