BDU tələbə valideynlərinə müraciət edib
12:19 29.09.2021
Gündəm
373
Bu gün Bakı Dövlət Universitetində (BDU) əyani tədris prosesinə başlanılıb.
Universitetdən "Report"a verilən məlumata görə, BDU Elmi Şurasının qərarı ilə, COVID-19 pandemiyası ilə əlaqədar tələbə sıxlığının aradan qaldırılması məqsədilə, mövcud maddi-texniki bazanı, auditoriya fondunu və auditoriyaların tutumunu, habelə 2021-ci ildən başlayaraq BDU-da “BLACKBOARD” elektron təhsil sisteminin tətbiqi ilə mühazirə dərsləri onlayn formada keçirilməsi üçün müvafiq şəraitin olduğunu nəzərə alaraq, mühazirə dərsləri “BLACKBOARD” platforması üzərindən onlayn formada, məşğələ və laboratoriya dərsləri isə ənənəvi qaydada keçiriləcək.
Əyani formada dərslər iki növbədə olmaqla keçiriləcək. Bunun üçün də auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə ediləcək.
Əyani formada dərslərdə iştirak edəcək tələbə və müəllimlərin sağlamlığının qorunması, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə riayət olunması üçün bütün zəruri tədbirlər görülüb. Tədris binalarında profilaktik və preventiv tədbirlər gücləndirilib, sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət olunur.
BDU-nun giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılmışdır. Universitetə daxil olan hər bir əməkdaş və tələbənin COVID-19 pasportu yoxlandıqdan sonra quraşdırılmış cihazlar vasitəsilə hərarəti yoxlanılır, dezinfeksiya tunellərindən keçdikdən sonra tədris binalarına daxil olmalarına icazə verilir.
Hər bir fakültədə, auditoriyalarda, həyətyanı ərazidə əməkdaş və tələbələrin sosial məsafəni qorumasına, sanitariya-gigiyena qaydalarına riayət etmələrinə ciddi nəzarət olunur.
Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə tələbələrlə mütəmadi maarifləndirici tədbirlərə başlanılıb.
Xüsusi karantin rejiminin tələblərinə riayət olunması, xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə tələbə valideynlərindən BDU-nun qarşısında toplaşmamaq xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya