
Birinci vitse-prezidentin 5 illik fəaliyyətinə BAXIŞ: "Ən çətin günlərdə hər zaman öndə...”
Yusif Nəzərli
15:27 21.02.2022
Gündəm
973
Novella Cəfəroğlu:“Mehriban xanım siyasi baxışından asılı olmayaraq hər kəsə yardım edən şəxsiyyətdir ”
Tahir İmanov:“Düşünürəm ki, onun fəaliyyətinin bundan sonrakı mərhələsində də mədəniyyət sahəsinin rifah və inkişafı yolunda ölkəmizdə yaxşı işlər görüləcək”
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür.
Heç kimə sirr deyil ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzində olub. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunana qədər fəaliyyəti, xüsusən də Heydər Əliyev Fondunun Pezidenti olaraq həyata keçirdiyi çoxsaylı praqmatik layihələr məhz onun qayğıkeş və xoş niyyətindən xəbər verirdi. Birinci vitse-prezident UNESCO-nun və İSESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi Avropa və Asiyada uğurla təmsil edib, edir. Onun Azərbaycanda keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya kimi beynəlxalq idman və musiqi tədbirlərində yüksək təşkilatçılıq bacarıqları nəticəsində Azərbaycanın dünyada imici və reputasiyası daha da güclənib.

Birinci xanımın ötən beş ildəki fəaliyyəti ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu və KVN teatrının bədii rəhbəri,əməkdar artist Tahir İmanov “Sherg.az”a danışıblar.
N.Cəfəroğlu bildirib ki, Mehriban xanım Əliyeva İkinci Qarabağ savaşından sonra mütəmadi olaraq qazilərlə görüşlər keçirib:
“O, ölkəmizdə yeni məktəblərin, xəstəxanaların inşa olunmasına xüsusi diqqət ayırıb. Mehriban xanımın görüdüyü işlər göz qabağındadır.Ölkənin ən çətin günlərində onu hər zaman ön cərgələrdə görürük. O siyasi baxışından asılı olmayaraq hər kəsə yardım edən şəxsiyyətdir. Təbii ki bütün insanlara yardım etmək mümkün deyil. Amma mən özüm şahidi olmuşan ki Mehriban xanım Əliyeva daim insanlara yardıma təşəbbüs göstərib”.
T.İmanov isə Birinci vitse-prezidentin fəaliyyətindən danışarkən 2019-cu ildə Prezident İlham Əliyevin mədəniyyət işçiləri ilə görüşünə diqqət çəkib:
“Həmin görüşdə Mehriban xanım da iştirak edirdi. Bununla uzun müddətli qadağalardan sonra bizim efirlərə çıxmağımıza qoyulan məhdudiyyətlər aradan qaldırıldı. Bu işdə də Mehriban xanımın çox böyük rolu oldu. Bizim üçün bu önəmli idi. Biz hər zaman ölkə rəhbərliyini, eləcə də Birinci vitse-prezidentin dəstəyini hiss etmişik. Düşünürəm ki, onun fəaliyyətinin bundan sonrakı mərhələsində də mədəniyyət sahəsinin rifah və inkişafı yolunda ölkəmizdə yaxşı işlər görüləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm