COP29 Məlumat Mərkəzində tədbir keçirilib
05:40 24.08.2024
Gündəm
349
COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən ekoloji həssas mövzulara ictimaiyyətin diqqətinin cəlb edilməsinə yönələn təşəbbüslərin davamı olaraq COP29 könüllülərinin dəstəyi ilə “Ekoloji təmiz həyat tərzinə keçid” adlı tədbir keçirilib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunmuş aksiya plastik tullantılardan istifadənin azaldılması, təkrar emal və istifadənin ekoloji faydalarının cəmiyyətə aşılanmasına xidmət edib.
Avqustun 23-də Bakının dənizkənarı bulvarında yerləşən COP29 Məlumat Mərkəzində baş tutan aksiya çərçivəsində paytaxt sakinləri tullantı hesab edilən plastik, kağız və batareya kimi istifadə edilmiş və istismardan çıxarılmış müxtəlif əşyaların təhvil verilməsinə dəvət ediliblər. Tullantıların toplanması üçün Məlumat Mərkəzinin qarşısında təşkil edilmiş məntəqələrə gələn çoxsaylı sakinlər burada quraşdırılmış monitorlar vasitəsilə plastikdən istifadənin zərərli təsirləri, tullantıların düzgün utilizasiya qaydaları, kağızın təkrar emalı yolları, dayanıqlı həyat tərzi vərdişlərinin önəmi, ətraf mühitin qorunmasına töhfə vermək üçün praktiki həllər kimi mövzularda videoçarxlar vasitəsilə ətraflı məlumatlandırılıblar.
Aksiya nəticəsində toplanmış tullantılar qanunamüvafiq şəkildə utilizasiya edilməsi üçün “Təmiz Şəhər” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumuna təhvil verilib.
Aksiyaya qoşulmuş iştirakçıların təşəbbüslərinin dəstəklənməsi məqsədilə burada həmçinin plastik torbalardan istifadənin azaldılmasını təşviq edən master-klas təşkil edilib. Master-klasda iştirakçılar ekoçantaların dizayn edilməsi prosesinə qatılıb, gündəlik həyatda davamlı istifadə edə biləcəkləri dayanıqlı materiallardan hazırlanan çantaları öz zövqlərinə uyğun tərtib ediblər. Master-klasın əsas məqsədi ekoloji cəhətdən zərərli plastik torbalardan istifadənin ekoloji alternativlərə üstünlük verilməklə azaldılmasını təşviq etmək, o cümlədən ətraf mühit problemlərinin həllinə təsirli töhfələrin verilməsinə cəmiyyətin bütün üzvlərini cəlb etmək olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual
ABŞ Prezidenti: Müharibə bitən kimi yanacaq qiymətləri düşəcək
09:13 01.05.2026
Gündəm