ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS təhlükəsizlik anlaşması çərçivəsində insansız sualtı aparatların (drone) inkişaf etdiriləcəyini açıqlayıb. Layihə Singapurda keçirilən beynəlxalq təhlükəsizlik forumunda üç ölkənin müdafiə nazirləri tərəfindən elan edilib.
Məlumata görə, insansız sualtı texnologiyaların gələn il istifadəyə hazır olması planlaşdırılır. Böyük Britaniya layihəyə 201 milyon dollar ayıracağını, Avstraliya isə atom sualtı donanması üçün iri həcmli investisiyalar etdiyini bildirib.
2021-ci ildə imzalanan AUKUS anlaşması çərçivəsində ABŞ və Britaniya texnologiya transferi ilə Avstraliyanın atom sualtı donanmasını gücləndirməyi hədəfləyir. Analitiklər bu əməkdaşlığı Sakit okeanda artan təhlükəsizlik rəqabəti fonunda strateji addım kimi qiymətləndirir.