- Eskalasiya baş verərsə, İran Avropadakı ABŞ hərbi obyektlərinə zərbə endirə bilər
İran Vaşinqtonun eskalasiyaya getməsi halında Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Sherg.az xəbər verir ki, bu barədə "Financial Times" məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, diplomatik səylərin dalana dirənməsi fonunda Tehran Yaxın Şərqdən kənarda yerləşən ABŞ obyektlərinə qarşı mümkün cavab tədbirləri üzrə müxtəlif ssenariləri nəzərdən keçirir.
Potensial hədəflər sırasında Bolqarıstandakı ABŞ hərbi hava bazaları, Kiprdəki Britaniya hərbi obyektləri, eləcə də sualtı rabitə xətləri göstərilir.
“Tehran diplomatik səylərin dalana dirənməsi və Vaşinqtonla aktiv hərbi qarşıdurmanın yenidən başlama ehtimalı fonunda gərginliyi artırmaq variantlarını hesablayır”, - nəşr yazır.
Qeyd edək ki, Yaxın Şərqdə münaqişə fevralın 28-də ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı birgə zərbələri ilə başlayıb. İyunun ortalarında tərəflər dərhal atəşkəsin elan olunmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-də ABŞ İranı Hörmüz boğazında gəmiçiliyə dair razılaşmaları pozmaqda ittiham edərək İrana qarşı zərbələri yenidən başlayıb.
İran isə Vaşinqtonu atəşkəsi “açıq şəkildə pozmaqda” günahlandırıb və ABŞ-ın müdaxiləsi dayandırılana qədər Hörmüz boğazını tamamilə bağladığını elan edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “ABŞ-ın yeni ərazisi” adlandırıb.