Ərdoğanın sədrliyi ilə NK iclası keçiriləcək, ABŞ-İran sülh danışıqları müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) iclası keçiriləcək.

"Report" bu barədə "Haber Global" istinadən xəbər verir.

Məlumata görə, iclasda əsas müzakirə mövzusu iqtisadiyyat olacaq. Belə ki, toplantıda iyunun ilk həftəsi açıqlanması gözlənilən inflyasiya rəqəmlərindən əvvəl mövcud vəziyyət dəyərləndiriləcək.

Həmçinin "Terrorsuz Türkiyə" prosesi və terrorçuların tərk-silah edilməsi ikinci gündəm mövzusu olacaq.

Bundan başqa, ABŞ ilə İsrailin İrana hücumları ilə başlayan müharibənin sonlandırılması üçün aparılan sülh danışıqları, prosesdə Türkiyənin üzərinə götürdüyü rol da müzakirə ediləcək.

İclasdan sonra R.T. Ərdoğanın mətbuata açıqlama ilə çıxış etməsi gözlənilir.