Rusiyadan qaz təchizatı kəsilərsə, Ermənistan çətin vəziyyətilə üzləşə bilər və Moskva bu vəziyyətin daha da gərginləşməsini istəmir.
Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Ermənistanın Rusiyadan başqa qazı olmayacaq. Yeganə sual onların bu qazı haradan alacağıdır. Onlar sadəcə xəritəyə baxmalı və hansı boru kəmərlərinin hələ də işlədiyini görməlidirlər.
Buna görə də Ermənistandakı vəziyyət çox çətin olacaq. Biz bunu istəmirik”, - Overçuk bildirib.