Ermənistan Prezidentinin istefasının əsl səbəbləri məlum olub
17:23 23.01.2022
Gündəm
666
Ermənistan Prezidenti Armen Sarkisyanın istefasının əsas səbəbləri məlum olub. Prezident istefasına bir neçə mühüm faktorun səbəb olduğunu açıqlayıb.
“Report”un Ermənistan mətbuatına istinadən məlumatına görə, Armen Sarkisyan bununla bağlı bəyanatında bildirib ki, vəzifəsindən istefaya getməsinə səbəb səlahiyyətlərinin məhdud olmasıdır.
“Bu mühüm qərarı (prezident olmaq təklifi-red) qəbul edərkən mənə (2018-ci ildə-red) verilən təklifdən çıxış etdim. Təklifə əsasən yeni prezident institutu xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm və təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı.
Bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri oldu.
Sual yarana bilər ki, mən niyə həmin anda işdən çıxmadım? Cavab aydındır, çünki mən respublika Prezidenti kimi məsuliyyəti öz üzərimə götürmüşəm”. “Daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlimdən gələni etməyə borclu idim. Çalışmışam ki, uzun illər zəhmətim nəticəsində əldə etdiyim nüfuzdan, əlaqələrimdən istifadə edim, beynəlxalq siyasi və iqtisadi potensialımdan güclü, sabit dövlət qurmaq üçün istifadə edim.
Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi? Səbəb yenə də göz qabağındadır - müvafiq alətlərin olmamasıdır ki, istənilən dövlət məmuruna yalnız bir sənəd - Konstitusiya verilir. Potensial problemlərimizdən bəziləri mövcud Əsas Qanundan qaynaqlanır”, - Prezident deyib.
“Bizdə paradoksal vəziyyət yaranıb - prezident dövlətçiliyin qarantı olmalıdır, əslində heç bir real aləti yoxdur. Konstitusiya həm də bir qurumun digər qurumdan üstünlüyünü təmin edir, tarixi Vətənin dövlət qurumlarının idarə olunmasında tanınmış diaspor mütəxəssislərinin iştirakına maneələr yaradır və s”., - Armen Sarkisyan vurğulayıb.
Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə dövlət başçısı olan Serş Sarkisyan tərəfindən irəli sürülmüşdü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm