Ermənistanın bundan sonra heç bir şansı yoxdur
Turan
02:49 18.08.2021
Gündəm
771
Azərbaycan sərhədlərini tam nəzarətə götürür
“Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır”. Bu sözləri Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır: “Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. 30 il bu ərazi ermənilərin əlində idi.
Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Nə oldu bəs? Deyirlər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq. Harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”. Ölkə rəhbəri vurğulayıb ki, Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, sərhəddə gərginliyin artdığı, yeni müharibə ilə bağlı ritorikanın gücləndiyi bir vaxtda Prezidentin Kəlbəcərə və Laçına səfəri, səfər gedişində səsləndirdiyi fikirlər son dərəcə önəmlidir. MŞ rəhbəri deyib ki, dövlət başçısının Qaragöllə bağlı ifadələrini ötən gün “CNN Türk” telekanalına müsahibəsində söylədiklərinin davamı kimi qəbul edə bilərik:
“Qətiyyətlə demək mümkündür ki, dövlət başçımızın səsləndirdiyi hər bir cümlə nəinki Ermənistanın revanşist siyasi dairələrinə, həm də onların arxasında dayanmış, gərginliyin artmasında maraqlı olan qüvvələrə kifayət qədər tutarlı mesajdır. Bəli, Azərbaycan prinsipiallığını bir daha ortaya qoyur. Bu, özünün ölçülü-biçili konkret hərəkət və davranışlara əsaslanmış prinsipiallıqdır. Və Ermənistan bu prinsipiallıqdan irəli gələn əməli fəaliyyətin özü üçün hansı acınacaqlı durum formalaşdırdığını 44 günlük müharibədə görmüşdü. Lazım olsa, yenə də görəcək. Prezident İlham Əliyev bunu bir daha vurğuladı”.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə də “Şərq”ə deyib ki, Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfərində Qaragöl və sərhədlərlə bağlı qeyd etdikləri Ermənistana mesajdır: “Xüsusilə, Ermənistanın iddia etdiyi Qaragölün Azəbaycana məxsus olduğunu qeyd etməsi göl üzərində spekulyasiya son qoyur. Həmçinin, dövlət başçısı sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Ermənistan iştirak etməsə də, öz sərhədlərimizi müəyyən etdiyini qeyd etdi. Ermənistanın bundan sonra heç bir şansı yoxdur və Azərbaycanla normal münasibətlər qurmağa məcburdur. Məhz hazırkı gərgin situasiyada Prezidentin Kəlbəcər və Laçına səfəri xüsusi əhəmiyyət daşıyır. Ölkə rəhbəri Murovdağdan Araz çayına qədər hərbi hissələrin olmasını və sərhədlərin möhkəmlənməsini vurğuladı. Bununla da, Azərbaycan-Ermənistan sərhədini tam nəzarətə götürdüyünü elan etdi”.
Analitikə görə, Laçın dəhlizi yaxınlığından verilən mesajlar növbəti mərhələdə Azərbaycan postunun bu dəhlizdə qurulmasına hesablanıb:
“Laçına səfər dəhlizə nəzarətin əldə edilməsinə hesablanıb. Laçın dəhlizində hazırkı durum Azərbaycanın milli təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir. Məhz bu dəhliz vasitəsilə erməni separatçılarına silah-sursat daşınır, Şuşa atəşə tutulur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə