
Əsgər xidmət hayında, bəzi zabitlər rüşvət axtarır – Nazirlik qüsurlara yol verir
Yusif Nəzərli
13:12 21.02.2022
Gündəm
584
“Daha əvvəl verdiyim müsahibələrdə də bildirmişdim ki, həbs olunanların siyahısı genişlənə bilər. Bu həbslər də mənim ehtimallarımı doğruldur”
“Kadrların seçilmə prosesi gücləndirilməlidir”
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib. Hərbi Prokurorluqdakı mənbənin “Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir. Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

Hərb sahəsində genişlənən həbs dalğaları ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Müdafiə Nazirliyinin yüsək vəzifəli zabitlərinin DTX tərəfindən saxlanılması hər birimiz üçün xoş olmayan hadisədir:
“İstənilən halda, bu halların baş verməsi onu göstərir ki, 44 günlük qələbəni əldə edən əsgərlərimiz 3 metrlik qarda, boranda döyüş vəzifələrini yerinə yetirərkən bəzi ləyaqətsiz zabitlər orduya və əsgərə ayrılan vəsaitləri mənimsəməklə məşğul olublar. Daha əvvəl verdiyim müsahibələrdə də bildirmişdim ki, həbs olunanların siyahısı genişlənə bilər. Bu həbslər də mənim ehtimallarımı doğruldur”.
Ekspert vurğulayıb ki, kadrların seçilmə prosesi gücləndirilməlidir:
“Bu insanların acgözlüyü heç bir halda qalib ordumuza və onun şəxsi heyətinin nüfuzuna xələl gətirməməlidir. Əksinə, bu hadisələri ordumuzun ziyankarlardan daha erkən təmizlənməsi baxımından müsbət nəticələrə gətirib çıxaracağını ehtimal edə bilərik. Belə hallara 2014-cü ildən sonra mütamadi olaraq rast gəlirik.
Görünür, kadrların seçilməsində də Müdafiə Nazirliyində ciddi qüsurlara yol verilir. Son 200 ildə qanı və canı bahasına düşmən ordusunu darmadağın edən, onu dizi üstünə çöktürən zabit və əsgərlərimiz üçün nəzərdə tutulan vəsaiti mənimsəyən insanlar, bu fəaliyyyətə şərik olanlar və onların qanunsuz fəaliyyətinə göz yumanlar heç bir halda zabit rütbəsi daşımamalıdırlar”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm