
Hizbullah hələ də təhlükə mənbəyidir - RƏY
16:42 15.08.2025
Gündəm
493
“Təşkilatın ləğvi yalnız xarici dəstək ilə mümkün ola bilər”
Livan hökuməti “Hizbullah” Hərəkatı ilə qarşıdurmaya cəhd etsə, bu ölkənin salamat qalmayacağını söyləyib.
Livan hazırda ciddi siyasi böhranla üz-üzədir. Bu böhranın əsas səbəblərindən biri "Hizbullah"ın ölkə daxilində güclü təsirə malik olmasıdır. Təşkilat hökumətə tabe olmadan fəaliyyət göstərir və bu, Livanı çətin vəziyyətə salır.
ABŞ və Qərb ölkələri "Hizbullah"ın silahsızlaşdırılmasını tələb edir, əks halda Livanı sanksiyalarla hədələyirlər. Lakin Livan hökumətinin bu problemi təkbaşına həll etmək imkanı çox zəifdir. Bu vəziyyət ölkənin gələcəyi üçün ciddi təhlükə yaradır.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, Livan üçün "Hizbullah" olduqca ciddi və talehyüklü bir problemdir. Bu təşkilat ölkənin siyasi həyatında böyük təsir gücünə malikdir və müəyyən mənada “dövlət içində dövlət” rolunu oynayır:

“Hətta Livanda siyasi hakimiyyət müəyyən qədər "Hizbullah"la da bölüşdürülür. Son zamanlar İsrailin hava zərbələri "Hizbullah"ı bir qədər zəiflətsə də, təşkilat hələ də Livan daxilində təhlükə mənbəyi kimi qalır. Livan ordusunun "Hizbullah"la qarşı-qarşıya gəlmək imkanları o qədər də ümidverici xarakter daşımır. Hazırda ABŞ və bir sıra Qərb ölkələri Livandan "Hizbullah"ın silahsızlaşdırılmasını və fəaliyyətinin tamamilə dayandırılmasını tələb edirlər. Əks təqdirdə Livana qarşı iqtisadi sanksiyaların və digər sərt məhdudiyyətlərin tətbiq olunacağı ilə hədələyirlər. Livan hökuməti də bu təzyiqlərin qarşısında ölkənin uzun müddət davam gətirə bilməyəcəyini anlayır. Buna görə də "Hizbullah"ın zərərsizləşdirilməsini əsas hədəf kimi qəbul etməyə məcburdur".
Politoloq Livan hökumətinin bu məsələni həll etmək imkanlarının olduqca məhdud olduğunu bildirib:
""Hizbullah"ın ləğvi o halda baş verə bilər ki, bu məsələdə Livan hökumətinə xarici ölkələr dəstək versinlər. "Hizbullah"a hazırda rəhbərlik edən şəxslərin hökumətə qarşı təhditkar ritorika ilə çıxış etməsi də qətiyyən təəccüblü deyil.
"Hizbullah"ın rəhbərliyi də Livan hökumətinin üzsüzlüyünü anlayır. Bu hökumətin qarşısında olduqca çətin vəzifə dayanır. O, ABŞ və Qərbdən gələn tələbləri yerinə yetirməyə məcburdur. Ancaq Livan hökumətinin bu öhdəlikləri yerinə yetirəcək gücü yoxdur".
Siyasi analitikin sözlərinə görə hazırda Livan müəyyən mənada geopolitik, hərbi, siyasi labirintə düşüb:
"Qarşıya bir məqsəd qoyulduğu halda yerinə yetirilməsi mümkün olmadıqda bu həmin dövlətin iflasa olduqca yaxın olduğunu göstərir. Hökumətin konkret olaraq ölkənin perspektivlərinə yönəlik çıxış yolu axtarması qaçınılmaz xarakter daşıyır".
Oxşar xəbərlər
Azərbaycan və Slovakiya arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib
20:45 14.07.2026
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
18:46 14.07.2026
Xəbər lenti
Hamısına bax
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət