İran müharibəsi: Demokratlar Trampa qarşı iddia hazırlayır

ABŞ-də Demokrat Partiyası Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları 1 maydan sonra da davam etdirməsi halında məhkəməyə müraciət etməyi müzakirə edir.

Sherg.az xəbər verir ki, "Time"ın məlumatına görə, Trampın Konqresin razılığı olmadan müharibə aparmaq üçün nəzərdə tutulan 60 günlük müddəti başa çatır. Lakin partiya daxilində iddia məsələsində yekdil mövqe yoxdur.

Bəzi demokratlar məhkəmə yolunu dəstəkləsə də, digərləri əvvəlcə qanunverici vasitələrin - səlahiyyətlərin məhdudlaşdırılması və maliyyələşmənin dayandırılması kimi addımların atılmasını vacib sayır.

Ekspertlər isə belə iddianın məhkəmə tərəfindən qəbul olunmasının qeyri-müəyyən olduğunu bildirir.