İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

İran Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini Mehdi Təbatəbai İran Prezidenti Məsud Pezeşkianın istefa verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Sherg.az xəbər verir ki, Təbatəbai sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, Pezeşkian xalqa xidmət missiyasından geri çəkilməyəcək və onun istefası ilə bağlı iddialar həqiqəti əks etdirmir.

O, sözügedən məlumatları bəzi xarici media qurumlarının növbəti təxribatı kimi qiymətləndirib.

Təbatəbai həmçinin vurğulayıb ki, İran xalqı birlik və həmrəylik mövqeyindən geri çəkilməyəcək və ölkənin milli birliyini sarsıtmaq cəhdləri nəticəsiz qalacaq.