Kristersson: Kanada Avropa İttifaqına üzv ola bilər

“Kanada Avropanın bir hissəsi olmasa da, Avropa İttifaqında (Aİ) özünə yer tapa bilər”.

Teleqraf xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson deyib.

“Adından da göründüyü kimi, Avropa İttifaqı coğrafiya məsələsidir. Amma bu, həm də dəyərlər, hansı ölkələrlə müxtəlif aspektlərdə inteqrasiya məsələsidir. Avropa İttifaqı eyni düşüncəli insanlar üçün çox qonaqpərvər klubdur”, - Baş nazir qeyd edib.

Finlandiya Prezidenti Aleksandr Stubb aprel ayında Kanadanın Aİ-yə daxil ola biləcəyini açıqlayıb. O, Avropa dəyərlərinə yaxın olan Kanadanın Aİ-yə inteqrasiyasının mümkün olacağına inanır.

ABŞ Prezidenti Donald Trampın Kanadanı ilhaq etmək təhdidlərindən sonra ölkənin Aİ-yə mümkün inteqrasiyası ilə bağlı Avropa və Kanadada fikirlər dolaşmağa başlayıb. Aİ-nin xarici işlər katibi Kaya Kallas söyləyib ki, Kanada Avropada yer almasa da, Arktikada onunla sərhədi paylaşdığı üçün Aİ-yə qoşula bilər.