Kubada “Xocalı, insanlığa qarşı cinayət” başlıqlı məqalə dərc olunub
05:45 24.02.2024
Gündəm
304
Kubanın nüfuzlu mətbuat orqanlarından biri “Prensa Latina” xəbər agentliyinin rəsmi səhifəsində Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayevin “Xocalı, insanlığa qarşı cinayət” (Jodyalí, un crimen de lesa humanidad) başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Kubadakı səfirliyindən APA-ya verilən xəbərə görə, məqalədə 1992-ci ilin fevralın 25-dən 26-a keçə gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan ordusu tərəfindən 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 nəfər mülki azərbaycanlıya qarşı törədilmiş amansız qətliamın - Xocalı Soyqırımının bu il 32-ci ildönümünün anılacağı bildirilib.
Tarixən bu torpaqlarda yaşamış mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın, soyqırımı və etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, bütün Qarabağın əhalisinin fundamental hüquqlarını pozduğu vurğulanıb.
Yazıda, həmçinin Ermənistanın keçmiş müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyanın Britaniylı jurnalisti Tomas de Vaala müsahibəsində səsləndirdiyi - “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” - fikirlərlərinə yer verilib.
Habelə, məqalədə Xocalı Soyqırımı və Ermənistanın Azərbaycana hərbi hücumu zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər və insanlığa qarşı cinayətlər insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması faktı olması oxucuların diqqətinə çatdırılıb.
Bu xüsusda, Ermənistanın törətdiyi əməllərin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya və digər beynəlxalq konvensiyaların pozulması kimi qiymətləndirilməli olduğu vurğulanıb.
Məqalədə, həmçinin, Xocalı Soyqırımının Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təsisatlar və Latına Amerikasının bir sıra ölkələri də daxil olmaqla xarici dövlətlər tərəfindən tanındığı qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm