“İranla müharibədə vaxt ABŞ-nin xeyrinə işləyir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.
“Mən həqiqətən də belə düşünürəm”, - o, jurnalistlərə açıqlamasında bildirib.
Mayk Uolts əlavə edib ki, ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları istisna edən təzyiq strategiyası hazırda Vaşinqtonun maraqlarına cavab verir və Tehranı danışıqları bərpa etməyə sövq etməlidir.