MM sədri Avstriya-Cənubi Qafqaz rəsmisi ilə görüşüb
14:38 04.03.2024
Gündəm
325
Milli Məclisin sədri Sahibə Qafarova martın 4-də ölkəmizdə səfərdə olan Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Sahibə Qafarova Azərbaycan və Avstriyanın dost və tərəfdaş ölkələr olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanlar arasında münasibətlərin önəmini diqqətə çatdıran spiker Sahibə Qafarova özünün 2023-cü ilin iyununda Avstriyaya rəsmi səfərini, səfər çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı qanunverici orqanlarımızın dostluq qrupları arasında təmasların sıxlaşdırılması, parlament komitələri arasında əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Görüşdə bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartların olduğunu söyləyən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra təzyiqlərlə üzləşib ki, bu da ikili standartların bariz nümunəsidir. Bir sıra təşkilatlarda islamofobiya, azərbaycanofobiya hökm sürür.
Görüşdə spiker Sahibə Qafarova, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsini tənqid edib. O, AŞPA tərəfindən atılan bu addımın ikili standartların daha bir nümunəsi olduğunu söyləyib.
Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnix ölkəmizə səfərlərinin məqsədi, səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib. Bu görüşlərin parlamentlər arasında əlaqələrin inkişafında oynadığı rolu diqqətə çatdırıb.
Andreas Minnix Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət