Moskvada dövlət başçılarının üçtərəfli görüşü gözlənilir
04:11 19.08.2021
Gündəm
738
Ekspertlər iddia edir ki, Kreml Ermənistana təzyiq etməyə başlayacaq
Çünki savaşın yenidən başlaması 10 noyabr sazişinin qüvvədən düşməsinə və Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına şərait yaradacaq
Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşmaları İrəvan yerinə yetirmir, amma yaxın vaxtlarda yerinə yetirməyə məcbur olacaq. Bu barədə tanınmış rusiyalı politoloq Sergey Markov bildirib. Ekspertin sözlərinə görə, müəyyən müddətdən sonra saatların uyğunlaşdırılması və konkret məsələlərin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək:
“Şübhəsiz ki, belə bir görüş baş tutacaq. Proses daha da irəliləməlidir. İrəliləyişdə gecikmələr, ilk növbədə, Ermənistanın hazır olmaması ilə bağlıdır. Lakin Moskva prosesə kifayət qədər nikbin baxır. Mənimlə ünsiyyətdə olan Rusiya tərəfini danışıqlar prosesində təmsil edən üzvlərin sözlərinə əsasən, Kreml Ermənistana təzyiq etməyə başlayacaq. Hazırda ermənilərə vaxt lazımdır ki, olanları həzm etsinlər. Vladimir Putin üçün bu, çox mühüm məsələdir”. Markovun sözlərinə görə, Ermənistanı bir az sıxmaq lazımdır ki, bu da öz növbəsində nəqliyyat-iqtisadi əlaqələrin bərpasına gətirib çıxarsın. Xatırladaq ki, son günlər bir neçə rusiyalı ekspert Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının Moskvada görüşəcəyindən, müzakirələrin aktiv fazaya keçəcəyindən söz açırlar. Xüsusən vurğulanır ki, ölkə başçısı İlham Əliyevin məlum xəbərdarlıqlarından sonra prosesdə canlanma qaçılmazdır.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında son proseslərdən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərlikləri arasında növbəti görüşə ehtiyac olduğunu düşünür. Onun sözlərinə görə, rəsmi Bakı Ermənistanın 10 noyabr bəyanatına əməl etməməsindən və bölgədə gərginliyi artırmasından narahatdır: “İrəvan üzərinə götürdüyü şərtlərə əməl etməkdən boyun qaçırır. Ona görə də mövcud duruma görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ölkə başçısı İlham Əliyevin son mesajlarından aydın oldu ki, Azərbaycan Ermənistanın nazı ilə oynamaq fikrindən uzaqdır. Dövlət başçısı İrəvanın sahibinə, birbaşa Rusiyaya müraciət etdi. Hazırda torpaqlarımızda Rusiyanın hərbi kontingenti var və sülhməramlı missiyası ilə çıxış edirlər. O baxımdan gözlənilən üçtərəfli görüş ilk növbədə rəsmi Bakıya lazımdır və ciddi nəticələr verə bilər. Azərbaycan tərəfi bəyan edir ki, Ermənistanın pozuculuq siyasəti, anlaşmanın şərtlərinə əməl etməkdən imtina etməsi Rusiyanın da maraqlarına tamamilə ziddir. Əgər vəziyyət müharibə həddinə çatacaqsa, Azərbaycan ordusu növbəti dəfə məğlub Ermənistanı diz çökdürəcək. Moskva növbəti müharibənin fəsadları barədə ciddi düşünməlidir. Savaşın yenidən başlaması 10 noyabr sazişinin qüvvədən düşməsinə və Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına şərait yaradacaq. Çox güman ki, rəsmi Bakı bunu Kremlin ünvanına çatdırıb. Əslində dəfələrlə Rusiyaya mesaj verilib ki, əgər bölgədə sabitliyi qorumaq iqtidarında deyilsizsə, sülhməramlı kontingentin burada görə biləcəyi iş yoxdur. İstənilən halda baş tutacaq görüşdə mövqelər yenidən diqqətə çatdırılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm
"Bitcoin"in qiyməti yenidən 69 min dollara enib
11:10 12.03.2026
İqtisadiyyat