
Növbəti hədəf Bəşər Əsəd də ola bilər - RƏY
06:16 21.02.2024
Gündəm
450
Qərb dünyası Əsəd ailəsini sıradan çıxarmaqla Suriyadakı mövcud rejimi yıxa bilər
Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrail kəşfiyyatı tərəfindən həyata keçirilən sui-qəsd nəticəsində öldürülüb. İsrailli jurnalist Edi Kohen də X sosial şəbəkə hesabında Mahir Əsədlə bağlı tvit paylaşıb: “Hörmətli atanıza və Qasım Süleymaniyə salam deyin”. Qeyd edək ki, Mahir Əsəd Suriya kəşfiyyatına rəhbərlik edirdi.
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Mahir Əsəd rejimin "onurğa sütunu" idi. Ekspertin sözlərinə görə, o, olduqca əsəbi, aqressiv və qəddar bir şəxs idi:

"Suriyada müxaliflərə zülm verilməsində, orqan mafiyasında, transmilli cinayətkarlıqlarda onun adı hallanırdı. Suriyada rejimə sadiq, onun tərəfindən döyüşən kifayət qədər qanunsuz silahlı dəstələr var. Əsəd rejimi bu dəstələri müxalifətin üzərinə salmaqla onları zəiflətməyə və qorxutmağa çalışır. Əvəzində isə onların ağalıq etdikləri bölgələrdə qanunsuzluqlar etməsinə, cinayətlər törətməsinə şərait yaradılır. Bu dəstələr Mahirin nəzarəti altında fəaliyyət göstərir. Onun qəddarlığı ailəsində belə hiddətlə qarşılanırdı. Mahir hələ illər əvvəl bacısının yoldaşı Asif Şövkəti silahla ağır yaralamışdı. Suriya ordusunun başında duran Asiflə Mahirin arasında çox gərgin münasibətlər var idi. O, Milli Qvardiyaya da nəzarət edir. İraqla da geniş ticarət edirdi. Sanksiya altında olan Səddam Hüseyn rejimini ərzaqla təchizatında aparıcı rolu üstlənmiş və bu əməliyyatdan 1 milyard dollardan çox pul qazanmışdı. Mahir Əsəd həmçinin Livanda "Əl-Mədinə" bankının iflası zamanı da milyonlar qazanıb. Mahir Livanda çox böyük nailiyyət maxinasiyalarında iştirak edirdi. Suriyadakı əsas media qurumları onun nəzarətində idi. Ölkədəki məşhur "Sheraton" hotel zənciri də ona məxsusdu. Bəşər Əsəd öldürülsə, yerinə Mahirin gələcəyi məlum idi. Onun ölümündən sonra növbəti hədəf qardaşı Bəşər Əsəd də ola bilər. Qərb dünyası Bəşər Əsədi, ümumiyyətlə Əsəd ailəsini sıradan çıxarmaqla Suriyadakı mövcud rejimi yıxa bilər. Qərb bütün diqqəti Ukraynaya yönəltmək, xeyli uzanan Suriya müharibəsini sona çatdırmaq istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm
Qızıl ucuzlaşdı, dollar gücləndi
14:33 06.10.2026
İqtisadiyyat