İran şahının oğlu Rza Pəhləvi İsraili İranın strateji tərəfdaşı kimi gördüyünü açıqlayıb.
Musavat.com xəbər verir ki, Pəhləvi bu barədə çıxışında danışıb.
“Bizim İsraillə heç bir fikir ayrılığımız yoxdur. Bu rejim İsraili yer üzündən silmək istəyir, biz isə onu real strateji tərəfdaş hesab edirik”, — deyə o bildirib.
Pəhləvi israilli dostlarını İranın üzləşdiyi problemlərin həllində kömək etməyə çağırıb.
“Biz israilli dostlarımızı İranın qarşılaşdığı bir çox problemin həllində bizə yardım etməyə dəvət edirik”, — deyə İranın sonuncu şahının oğlu qeyd edib.