Prezident İlham Əliyev: Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir
09:59 24.02.2022
Gündəm
449
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
"Rusiya ilə Ukrayna arasında vəziyyət barədə də bunu demək olar. Hər şey o qədər təzədir ki, hələ aparıcı paytaxtlardan biz yalnız təbii ki, büsbütün zidd bəyanatlar görürük. Vəziyyətin necə cərəyan edəcəyini deməyə çətinlik çəkirəm. Rusiyaya qarşı da sanksiyalar nədən ibarət olacaq? Axı, Qərb hələ də bunları elan etməyib. Yəni, hansısa eyhamlar edilir.
Mən eşitdim ki, sanksiya elan etmək istəmirlər, guya hesab edirlər ki, bu, onların elan olunmamasının qarşısının alınması amili ola bilər, elan isə onların nöqteyi-nəzərindən əl-qolu açacaq. Lakin bu, sizin kimi mənim də həm Rusiya televiziyasına, həm Türkiyə televiziyasına, həm də Britaniya televiziyasına, mənim linqvistik bacarıqlarım imkan verdiyi qədər baxaraq çıxardığım elə həmin təhlildir. Mən hansısa analogiyalar və analiz, vəziyyəti bilmək nöqteyi-nəzərindən sizdən çox məlumata malik deyiləm, çünki biz Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir. Nəyisə təxmin edə bilərəm, lakin əminəm ki, dediyim kimi, bilavasitə cəlb edilənlər hər şeyi proqnozlaşdıra bilməzlər. Bunun üçün planları bilmək lazımdır. Bunun üçün Rusiya rəhbərliyinin planlarını, Ukrayna rəhbərliyinin planlarını, imkanlarını bilmək lazımdır. Biz Qərbin reaksiyasını o, praktik müstəviyə - bəyanatlardan fəaliyyətə keçəndə təxmin edə bilərik. Hələ ki, bütün bunları proqnozlaşdırmaq çox çətindir, lakin birmənalıdır ki, bu, uzunmüddətli prosesin başlanğıcıdır. Birmənalıdır ki, Rusiya Federasiyasının Prezidenti bu qərarı qəbul edəndə, yəqin düşünürəm ki, o da bu prosesin uzun olduğunu nəzərə alıb. Mən hesab edirəm ki, Rusiya özünün potensialı, coğrafiyası, imkanları ilə istənilən növ sanksiyaya davamlıdır. Bu, mənim şəxsi fikrimdir və bu, Rusiyaya tətbiq edilmiş həmin sanksiyalarla təsdiq edilir. Əslinə baxanda həmin sanksiyalar Rusiya istehsalçılarına idxaldan asılılığı azaltmaqda kömək etdi. Yəni, mən birmənalı əminəm ki, sanksiya yolu səmərəsizdir. Əlbəttə, o, Rusiya iqtisadiyyatına sözsüz ki, zərər vuracaq. Prezident Putin bu qərarı qəbul edəndə, yəqin ki, o, bunun hamısını hesablayıb. Lakin bu, həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq. Çünki ixrac üçün, özü də yüksək texnologiya məhsulları üçün ikinci belə perspektivli bazar tapmaq çətindir. Bu, mənim deyə biləcəyim maksimum bundan ibarətdir. Bu mövzunu 30 il ərzində bizə hər zaman çağırış edilən məlum ifadələrlə bitirmək istəyirəm: “Bütün məsələləri sülh yolu ilə həll etmək lazımdır”. Biz bunu 30 il eşitdik, 30 il çalışdıq, lakin heç nə alınmadı. Buna görə də, əlbəttə, istərdik ki, hər şey sülh yolu ilə həll edilsin, lakin bu, həyatda, təəssüf ki, heç də hər zaman, mümkün olmur".
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm