Putindən AZAL-ın təyyarəsinin vurulmasında iştirak edənlərlə bağlı açıqlama

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin vurulmasından danışıb.
Teleqraf xəbər verir ki, TASS Rusiya liderinin açıqlamalarından əsas məqamları toplayıb.
Vladimir Putinin açıqlamalarından:
- AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri hadisənin hərtərəfli təhlilindən sonra bəlli olub.
- Oktyabrın 7-də Əliyevə təqdim etdiyi səbəblərlə bağlı ona məlumat verilib.

- Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.

- Putin təyyarə qəzasını digər məsələlərlə yanaşı, Ukraynaya məxsus pilotsuz təyyarənin səmada olması ilə əlaqələndirib.

O, faciə baş verən gün Rusiyanın sərhədi keçən üç Ukrayna pilotsuz təyyarəsini izlədiyini deyib.

- Təyyarə hava hücumundan müdafiə raketinin döyüş başlıqları ilə deyil, çox güman ki, qəlpələrlə vurulub.

- Təyyarənin ekipajından Mahaçqalaya eniş tələb olunub, amma onlar öz hava limanına getməyə qərar veriblər.

- Putin bəyan edib ki, obyektiv qiymətləndirmə aparılmalı və təyyarə qəzasının əsl səbəbləri açıqlanmalıdır.

Onun sözlərinə görə, bu işə nəhayət son qoymaq üçün vaxt lazımdır.

Putin bildirib ki, Rusiya təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək.

O qeyd edib ki, Rusiya istintaqa hər cür köməklik göstərir.

- Rusiya Federasiyası faciə ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcək.

Putin Rusiya səmasında baş verən faciəyə görə üzr istədiyini xatırladıb.

Rusiya prezidenti bir daha təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.