“Qarabağda yaşayan 25 min erməni də yenidənqurma işlərində yer ala bilər”
12:44 27.09.2021
Gündəm
510
“Qarabağda yaşayan ermənilər bizim televiziyaları izləyir, radioları dinləyir, orada gedən işləri görürlər. Artıq bir neçə dəfə erməni xalqından olan şəxslərin Şuşadakı hərbi mövqelərimizə gələrək onların da bu işlərə cəlb edilməsini xahiş etmələri təsadüfi deyil”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsi zamanı bildirib.
“Onlar da orada işsiz qalıb. İşsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət yanaşırıq. Ancaq bunun qanuni tərəfi tam olmalıdır. Biz orada yaşayan erməniləri öz vətəndaşımız kimi qəbul edirik. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan torpağı olub. Sovet dövründə, əvvəlki dövrdə də, işğal dövründə də bu belə idi. Biz onları Azərbaycan vətəndaşı kimi görürük, sadəcə onlar bunu qəbul etməlidilər. Onlar bu erməni təbliğatından qurtulmalıdılar. Onlar öz gələcəklərini, uşaqlarının gələcəyini təmin etməlidilər. Biz onların da işlərə cəlbini təmin etməyə hazırıq. Niyə də etməyək? Biz gələcəyə strateji cəhətdən sülh prizmasından baxırıq. Çünki mən bir daha müharibə olmasını istəmirəm. Əgər Ermənistanda bizə qarşı hər hansı bir təhdid yarandığını görsək, o təhdidi məhv etməliyik. Bu, bizim qanuni haqqımızdır. Ancaq belə bir təhdid olmasa, bizim başqa bir düşüncəmiz yoxdur.
Qarabağda yaşayan 25 min erməni də tikinti, yenidənqurma işlərində yer ala bilər. Eyni zamanda gələcəkdə yaşadığı yerlərdə, kəndlərdə onlar üçün də imkanlar yaradarıq. Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz qabağındadır. Ağdam şəhərinin baş planı təsdiqləndi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin də baş planları təsdiqlənəcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin Qarabağda yaşadığı kəndlərdə də bunu edə bilərik. Mən qələbədən sonra bölgələrə dəfələrlə səfərlər etdim. Orada ermənilərin yaşadığı kəndlərdə qarşılaşdığım mənzərə məni heyrətə gətirdi. İnsana yaraşmayan bir vəziyyətdir. Evlərin 95 faizi yararsızdır. Yəni orada heç kim yaşamaz. Onlar sökülməlidir. Bu cür rəzil vəziyyətdə 30 il yaşayan cəmiyyət xoş gün görmək istəyir. İşıq isə yalnız Azərbaycandan gələcək. Onlar üçün də bunun asan olmadığını anlamaq lazımdır. Burada psixoloji vəziyyət də nəzərə alınmalıdır. Lakin biz xoş niyyət nümayiş etdiririk və onların xoşbəxt və rifah içində bir gələcəyinin ancaq Azərbaycan dövlətinə bağlı olduğunu anlayacaqlarına ümid edirəm”, - deyə dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular
10:40 27.09.2026
Siyasət
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət