“Qazağın 7, Naxçıvanın isə Kərki kəndi düşməndə qala bilməz"
Fidan Həmişəyeva
14:43 21.05.2021
Gündəm
703
“Dünyada müxtəlif sahələrdə - idman, mədəniyyət, elm, təhsil və digər intellektual yarışmalarda qələbələr qazanmaq mümkündür. Amma müharibədə milləti qələbə qədər böyüdən ikinci hadisə yoxdur”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.
Deputatin fikrincə, bir dövlət üçün qələbə o deməkdir ki, dünyada “qalib olan hər şeyi götürür” prinsipi hökmrandır:
“Yəni qalib olan tərəf şərtlərə bilavasitə özü müəlliflik edir, xarici güclərlə danışıqlarda əsas qüvvə kimi rol alır. Bir sözlə, hərbi hadisə sonralar siyasiləşir. Ona görə də bu gün fərqli bir reallıq qarşısındayıq.
Rus dilində siyasi liderlər üçün istifadə edilən bir deyim var:
“Torpaqları toplayan”. Amma itirilmiş əraziləri fəth edən şəxsiyyət və lider amili tamamilə ayrı fenomendir. Qazağın 7, Naxçıvanın Kərki kəndinə dair baxışımız budur ki, Prezident İlham Əliyev sərhədlərin müəyyənləşməsi əməliyatını Ermənistanı daimi sülhə gətirmə, bütövlüyümüzü tanıtdırma, Qarabağdan əlini çəkmə, status iddiasına son və.s hallar yaşandı.
Bütün bunlar çox gözəl hadisələrdir. 7-8 ay öncə Azərbaycanda bir insan təsəvvürünə gətirə bilərdimi ki, erməni terrorçuları Bakı həbsxanalarında cəza çəkəcəklər? Ermənilərin dünyadakı müxtəlif ölkələri üzərimizə qaldırmaqlarına baxmayaraq, dövlətimiz iradə göstərir, onların layiq olduğu qiyməti verir”.
Z.Oruc qeyd edib ki, Qazağın 7, Naxçıvanın Kərki kəndi vətənin bir parçasıdır:
“Bu kəndlərin hər kvadrart milli metri belə bizim üçün dəyərlidir. Həmin kəndlər düşmənin əlində qala bilməz və qalmamalıdır.
Ermənilərin iddiasına görə, guya biz Ermənistanın hansısa ərazilərinə sahiblənmişik.
Lakin bu, real deyil. Çünki Azərbaycan qalibdir və şərtləri diqtə edir. Böyük ehtimalla hazırda Paşinyanı qarşıdakı seçilərdə qələbəsi düşündürür.
Ona görə də maksimum dərəcədə Qaragöl ətrafındakı ərazilərdən Azərbaycanın hərbi qüvvələrinin çıxmasını mühüm bir qələbə hadisəsi kimi qələmə verəcək, kampaniya aparacaq və düşmənlərini əzəcək.
Düşünürəm ki, Azərbaycan bu savaşın yekununu diplomatik müstəviyə uğurla daşıyacaq. Nəticədə regionda Ermənistan amili sıfırlanacaq. Həqiqətən də Azərbaycan regionun xilaskarı kimi çıxış edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat