RƏSULZADƏ İSTANBULDA ANILDI
Yusif Nəzərli
12:33 28.01.2024
Gündəm
5172
Dünən İstanbul şəhərindəki Avrasiya Strateji Araşdırmalar Mərkəzində (ASAM) “Məmməd Əmin Rəsulzadə 140 yaşında” adlı konfrans keçirildi. Konfrans başlamadan öncə Mərkəzin yemək salonunda Rəsulzadənin adına ehsan yeməyi verildi və ruhuna dualar oxundu.
Daha sonra konfrans salonunda keçirilən tədbiri giriş sözü ilə açan Mərkəzin müdiri şair, jurnalist Özcan Ünlü Şərqdə ilk demokratik Cumhuriyyəti quran Məmməd Əmin Rəsulzadənin bütün Türk Dünyası üçün önəmli şəxsiyyət olduğunu vurğuladı. O illər öncə Azərbaycana etdiyi səfərində dəvət aldığı bir proqramda çıxış etmək üçün ona söz verildiyində öncədən yazdığı çıxışını etməyib, sadəcə bu iki cümlə ilə yetindiyini xüsusi qeyd etdi “ Rəsulzadə Cumhuriyyət quran böyük şəxsiyyətdir. Onun ideyalarının ətrafında birləşib bu Cumhuriyyəti qorumaq hər bir Azərbaycanlının ən ümdə vəzifəsi olmalıdır” və duyğulu bir şəkildə Rəsulzadənin bu misralarını dilə gətirdi: “ Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, Ey şanlı Azərbaycan!”
Daha sonra tədbirin moderatoru. tanınmış jurnalist Mayis Əlizadə və araşdırmaçı jurnalist Aynur İmran ətraflı bir şəkildə Rəsulzadənin keçdiyi həyat yolundan, o çətin dönəmlərdə üzləşdiyi problemlərdən, lakin bütün bu çətinliklərə rəğmən ətrafında olan aydın insanlarla şərəfli mücadilə yolunda irəliləyərək demokratik Cumhuriyyətə qədər gəldiklərini anlatdılar. Mayis Əlizadə daha çox Rəsulzadənin müxtəlif illərdə sürgündə olduğu ölkələrdəki aydınlarla görüşlərini və bu görüşlərin fəaliyyətinə göstərdiyi təsirləri xronoloji olaraq konfrans iştirakçılarının diqqətinə çatdırdı. Öncə Güney Azərbaycanda, daha sonra isə Türkiyədə və digər Avropa ölkələrində yaşamaq məcburiyyətində qalan Rəsulzadənin getdiyi hər yerə elm, bilik və aydınlıq götürdüyünü vurğulayan Aynur İmran - bu gün azad, demokratik Azərbaycanda yaşayırıqsa, bunun üçün Rəsulzadəyə minnətdarıq, deyərək böyük öndərin gələcək nəsillərə miras qoyduğu irsinin hər zaman araşdırılıb, öyrənilməsinin vacib olduunu qeyd etdi. Konfransda çıxış edən tanınmış Türkiyəli jurnalist Seyfullah Türksoy Azərbaycan tarixi üçün Rəsulzadənin, Əbülfəz Elçibəyin və Heydər Əliyevin önəmli şəxsiyyətlər olduğunu vurğuladı. Rəsulzadənin Türkiyəyə gəlişini, Atatürklə münasibətlərini dilə gətirən S.Türksoy Rəsulzadənin istər Türkiyədə, istərsə də Avropada olduğu dönəmlərdə Türkiyənin ona maddi və mənəvi dəstək verdiyini və bu dayanışmanın iki qardaş ölkə üçün bu gün də önəmli olduğunu xüsusi qeyd etdi.
Çıxış edənlər sonda konfrans iştirakçılarını maraqlandıran suallarını cavablandırdı və ASAM yönəticiləri tərəfindən hər üç şıxışçıya plaketlər təqdim edildi və xatirə şəkillər şəkildi.
Yaqut Misirxanlı
İstanbul
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya