Sahibə Qafarova Maldiv və Şri-Lanka rəsmiləri ilə bir arada
16:36 23.02.2024
Gündəm
399
Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Maldiv Respublikası Xalq Məclisinin sədri Mohamed Aslam və Şri-Lanka Demokrtaik Sosialist Respublikası Parlamentinin sədri Mahinda Yapa Abeyvardana ilə görüşlər keçirib.
Parlamentdən Trend-ə verilən məlumata görə, qonaqları ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova APA-nın özv ölkələr arasında əməkdaşlıq, dialoq və həmrəyliyin inkişafı baxımından əlverişli çoxtərəfli platforma olduğunu bildirib. O, 40-dək ölkənin parlament nümayəndə heyətinin, habelə bir sıra beynəlxalq parlament təşkilatları təmsilçilərinin iştirak etdikləri 14-cü plenar sessiya çərçivəsində müasir dünyanı narahat edən bir sıra problemlərin müzakirə olunduğunu diqqətə çatdırıb.
Görüşlərdə beynəlxalq münasibətlərdə parlament diplomatiyasının rolu, qanunverici orqanların qlobal proseslərə təsiri barədə də fikirlər səsləndirilib. Tərəflər beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq imkanları barədə də danışıblar. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin bu mənada əhəmiyyətini diqqətə çatdırıb.
Qonaqlar APA-nın 14-cü plenar sessiyasına uğurla evsahibliyi etdiyi üçün təbriklərini çatdıraraq, ölkəmizə səfərləri və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüblər.
Görüşlərdə, həmçinin ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm