
Səfirlərin "binokl diplomatiyası" ifşa olunmalıdır - RƏY
08:46 18.12.2024
Gündəm
530
Makron Fransası və Avropa İttifaqı vaxtı başa çatmış müşahidə missiyasını "vasitəçi" rolunda sırımağa çalışır
Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının (Aİ) dırnaqarası "mülki müşahidə missiyası" fəaliyyətini başa çatdırmaq əvəzinə, təxribatları davam etdirməklə məşğuldur. Fransanın İrəvandakı səfiri Olivye Dekotininin Ermənistanla şərti sərhədlərimizə gəlib ərazilərimizi müşahidə etməsinin ardınca, Niderlandın İrəvandakı səfiri Marike Monroy-Vinter də bədnam "binokl diplomatiyası"na qoşulub. Xanım səfir Aİ-nin Ermənistandakı müşahidə missiyasının ofisində olub, həmin missiyanın tərkibindəki Niderlanddan olan şəxsi heyətlə görüşüb və Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə yerləşən Xaçık kəndi ərazisində patrul dəstəsinə qoşulub, ərazilərimizi durbinlə müşahidə edib.
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Aİ müşahidəçilərinin və səfirlərin xətti ilə təxribatlar davam edir. Ekspertin sözlərinə görə, 2022-ci ilin oktyabrın 6-da Praqada razılaşdırılmış Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti, əslində, çoxdan bitməliydi:

"Çünki bu missiya qısamüddətli missiya kimi yaradılmışdı. Lakin sonradan Makronun "xeyir-dua"sı ilə Aİ və Ermənistan məkrli addım ataraq, sözügedən missiyanın fəaliyyət müddətini Azərbaycan tərəfi ilə razılaşdırmadan birtərəfli qaydada uzatdılar. Eyni zamanda missiyanın say tərkibini də genişləndirdilər. Avropa İttifaqına üzv olan ölkələrin və Kanadanın hərbçi zabitlərini, kəşfiyyatçılarını, jandarmlarını "mülki müşahidəçi" adıyla həmin missiyanın tərkibinə daxil etdilər. Bu, Azərbaycana qarşı yönəlmiş açıq hərbi-siyasi təxribat idi. Görünən budur ki, onlar bu təxribatı davam etdirməyi və müşahidə missiyasını davamlı missiyaya çevirməyi qərara alıblar. Məqsəd isə Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesinə müdaxilə etmək və vasitəçi rolunda çıxış etməkdir. Halbuki bu prosesdə nə Azərbaycanın, nə də ki Ermənistanın üçüncü tərəfin iştirakına hər hansı ehtiyacı yoxdur".
Analitikə görə, Makron Fransası və Avropa İttifaqı vaxtı başa çatmış müşahidə missiyasını "vasitəçi" rolunda sırımağa çalışır:
"Bu isə o deməkdir ki, Avropa İttifaqının Ermənistandakı missiyası hazırda regionda sülhün möhkəmləndirilməsinə yox, gərginlik yaradılmasına xidmət edir. Avropa İttifaqının bu mövqeyi ciddi narahatlıq doğurur. Gürcüstanda mövqeləri sarsılan Avropa İttifaqı Ermənistanın əliylə regionda varlığını qorumağa çalışır. Ancaq bu cür qeyri-legitim üsullarla regionda möhkəmlənmək cəhdləri Avropa İttifaqının gözləntilərini doğrultmayacaq. Azərbaycanın avropalı səfirlərin sərhədlərimizdəki "binokl diplomatiyası"na göz yummaq fikri yoxdur. Avropa İttifaqı bu cür narahatedici hallara son qoymalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm