İran mətbuatının yaydığı məlumata görə, Tehran Livana qarşı hücumlardan sonra ABŞ ilə aparılan danışıqları dayandırıb.
Sherg.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Ərəqçi bildirib ki, İran və ABŞ arasında əldə olunan atəşkəs Livan da daxil olmaqla bütün cəbhələri əhatə edir.
Onun sözlərinə görə, hər hansı cəbhədə atəşkəsin pozulması ümumi razılaşmanın pozulması deməkdir və bunun nəticələrinə görə ABŞ və İsrail məsuliyyət daşıyacaq.
Bu açıqlama İsrailin Baş naziri Benjamin Netanyahu tərəfindən Beyrutun Dahiye bölgəsinə hava zərbələri endirilməsi barədə göstəriş verilməsindən sonra səsləndirilib.
Bundan əvvəl İran tərəfi ABŞ-ni Hörmüzqan vilayətindəki Sirik adasında yerləşən rabitə qülləsinə zərbə endirməkdə ittiham etmiş, cavab olaraq hücumun həyata keçirildiyi ABŞ hərbi bazasının hədəfə alındığını bildirmişdi.