Tramp: İran doğru razılaşma əldə etməyə hazır deyil

ABŞ Prezidenti Donald Tramp gündəmlə bağlı açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Tramp bildirib:

“Hörmüz boğazı ilə bağlı bütün region üzərində tam nəzarətimiz var. Bu, dərinliklərə, qurudakı ərazilərə qədər nəzarət deməkdir.”

Jurnalistin “İran məsələsində iqtisadi müharibəyə keçid ABŞ-ın hərbi seçimlərinin məhdud olduğu anlamına gəlirmi?” sualını cavablandıran Tramp:

“Xeyr, heç də belə deyil”, - deyə bildirib.

ABŞ Prezidenti əlavə edib:

“Son müdaxilə ordumuz vasitəsilə olacaq. Əgər ondan istifadə etməli olsaq, istifadə edəcəyik.”

Digər tərəfdən, ABŞ-ın milli borcunun 40 trilyon dolları ötməsinə toxunan Tramp bildirib:

“Bu problem 35 ildir mövcuddur. Borcu idarə etməyin yolu artımdır. Biz hazırda böyük iqtisadi artım yaşayırıq. Bu, problemi çox asanlıqla həll edəcək.”