ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə etmək üçün verilən fürsətdən Tehranın istifadə etmədiyini bildirərək ölkəyə qarşı “ən sarsıdıcı iqtisadi əməliyyat”ın başladığını elan edib.
Sherg.az xəbər verir ki, Trampın sözlərinə görə, İrana maliyyə və ya digər formada dəstək verən ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcək. O, həmçinin İranla bağlı neft qaçaqmalçılığına, pul köçürmələrinə, valyuta əməliyyatlarına və saxta şirkətlərin fəaliyyətinə qarşı tədbirlərə çağırıb.
ABŞ prezidenti bir daha vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək.