ABŞ Prezidenti Donald Tramp iyunun 1-də bildirib ki, İran Vaşinqton və onun müttəfiqləri üçün sərfəli olacaq bir razılaşma imzalamağa hazırdır.
Sherg.az xəbər verir ki, Tramp özünün Truth Social platformasında paylaşımında “İran həqiqətən də razılaşma bağlamağa razıdır və bu saziş ABŞ və bizimlə olan tərəflər üçün faydalı olacaq. Sadəcə rahat olun, sonda hər şey yaxşı nəticələnəcək - həmişə olduğu kimi”, - deyə qeyd edib.
Onun sözlərinə görə, sazişin əldə olunmasına demokratların və bəzi “vətənpərvər olmayan respublikaçıların” açıqlamaları mane olur. Tramp hesab edir ki, həmin şəxslər sülh prosesinin irəliləməsini ləngidirlər.
“Bəzi əlaltıların görünməmiş səviyyədə mənfi bəyanatlar verməsi, mənim danışıqlarda daha sürətli və ya daha yavaş hərəkət etməli olduğumu iddia etməsi şəraitində işimi görmək və danışıqlar aparmaq xeyli çətinləşir”, - deyə ABŞ prezidenti əlavə edib.